FHN: İtkin düşənlər barədə Türkmənistan və İran məlumatlandırılıb

FHN: İtkin düşənlər barədə Türkmənistan və İran məlumatlandırılıb
14:09 6 Dekabr 2015
81 Ölkə
Ölkə mətbuatı
A- A+

FHN-in yanğınsöndürən gəmiləri hazırda yanğının söndürülməsi işlərini həyata keçirir

“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

 

APA-nın məlumatına görə, faciə ilə bağlı keçirilən mətbuat konfransında fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib ki, FHN-in yanğınsöndürən gəmiləri hazırda yanğının söndürülməsi işlərini həyata keçirir.

 

Nazir müavini itkin düşənlərin axtarışının da davam etdirildiyini bildirib. Onun sözlərinə görə, axtarışa FHN-in 3, Dövlət Sərhəd Xidmətinin isə 4 helikopteri cəlb olunub.

 

Bundan başqa, E. Mirzəyev Türkmənistan və İranının müvafiq qurumlarının, eləcə də dənizdə olan bütün üzən gəmilərin itkin düşənlər barədə məlumatlandırıldığını da bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR