Matəmlə əlaqədar mədəniyyət müəssisələri fəaliyyətlərini dayandırıb

15:18 6 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 dekabr, AZƏRTAC
Məlum olduğu kimi, Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasında matəm elan edilib.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar, Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan teatr və konsert müəssisələrində tamaşa və konsertlər ləğv edilib, Nizami Kino Mərkəzində bütün filmlərin yayımı dayandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Matemle_elaqedar_medeniyyet_muessiseleri_fealiyyetlerini_dayandirib-908756

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR