"Xəzər Lənkəran"la "Qəbələ"dən fərqli addım

"Xəzər Lənkəran"la "Qəbələ"dən fərqli addım
15:52 6 Dekabr 2015
82 İdman
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi dekabrın 4-də güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələyib və yanğın baş verib. Nəticədə 2 dənizçi həlak olub, 29 nəfər itkin düşüb.


Bu səbəbdən bu gün ölkədə matəm elan edilib. Peşəkar Futbol Liqası da Premyer Liqa oyunlarının bir dəqiqəlik sükutla başlamasına və futbolçuların meydana qara sarğı ilə çıхasına qərar verib.


Fanat.az хəbər verir ki, "Xəzər Lənkəran"la "Qəbələ" fərqli addım atmaq qərarına gəlib. "Xəzər Lənkəran"ın mətbuat хidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bildirib ki, hər iki komandanın futbolçuları bir dəqiqəlik sükut zamanı Günəşli yatağında həlak olanların xatirəsinə ehtiram olaraq meydana neftçi dəbilqələri ilə çıxacaq.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotxzr-lnkranquotla-quotqblquotdn-frqli-addm-t45955.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR