Dünya liderləri İlham Əliyevə başsağlığı verir

Dünya liderləri İlham Əliyevə başsağlığı verir
15:56 6 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Xəzər dənizindəki faciə ilə əlaqədar Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.

ANS PRESS-in məlumatına görə, Rusiyalı prezidentin azərbaycanlı həmkarına ünvanladığı məlumatda deyilir:

"Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən
Hörmətli İlham Heydər oğlu,

“Günəşli” neft platformasında yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin.
Həlak olanların doğmalarına və yaxınlarına dərindən kədərləndiyim və dəstəyim barədə sözlərimi, bütün xəsarət alanlara tezliklə sağalmaq arzularımı çatdırmağı xahiş edirəm.

Hörmətlə,

Vladimir Putin
Rusiya Federasiyasının Prezidenti"


Vladimir Putin - Rusiya Federasiyasının Prezidenti

Vladimir Putinlə yanaşı İlham Əliyevə başsağlığı verənlər arasında Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili də olub. Dekabrın 6-da Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Gürcüstan Prezidenti “Günəşli” yatağındakı platformada baş vermiş yanğın nəticəsində insan tələfatı ilə bağlı dövlətimizin başçısına, həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib.

İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.


Giorgi Marqvelaşvili - Gürcüstan Prezidenti


Azərbaycan Prezidetinə baş vermiş hadisə ilə bağlı ilk baş sağlığı isə qonşu Türkiyədən gəlib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə “Günəşli” neft yatağında baş vermiş qəza nəticəsində həyatını itirənlərə görə başsağılığı verib.

ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər verib.

Ərdoğan məktubunda “Günəşli” yatağında “neft yatağında baş vermiş qəzada 30-dan çox işçinin vəfat etməsindən kədərləndiyini qeyd edib.

“Baş vermiş faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına öz adımdan və Türkiyə xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Türkiyə bu çətin anlarda hər zaman olduğu kimi Azərbaycan dövləti və xalqına lazımı köməyi göstərməyə hazırdır”, - deyə Ərdoğanın başsağlığı məktubunda bildirilir.



Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 1-i dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 29 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib. Ötən gün başlayan axtarış-xilasetmə əməliyyatları bu gün səhərdən dalğıcların cəlb olunması ilə davam etdirilir.

Prezident İlham Əliyevin Sərəncamı ilə 6 dekabr ölkədə matəm elan edilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366580

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR