"Zərərçəkənlərə maddi yardım da göstərəcəyik" - Mehbalıyev xəstəxanada

"Zərərçəkənlərə maddi yardım da göstərəcəyik" - Mehbalıyev xəstəxanada
17:37 6 Dekabr 2015
83 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Həmkarlar İttifaqları Konfedarasiyasının rəhbəri, millət vəkili Səttar Mehbalıyev "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlara Mərkəzi Neftçilər Xəstəxanasında baş çəkib.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, S.Mehbalıyev xəstələrin səhhəti ilə maraqlanıb, həkimlərdən məlumat alıb.

Səttar Mehbalıyev açıqlamasında bildirib ki, xəstələrə AHİK tərəfindən yardım göstəriləcək:

"Xəstələr əgər sanatoriyalarda dincəlmək istəsələr, biz onlara şərait yaradacağıq. Zərərçəkənlərə və itkin düşənlərin ailələrinə maddi yardım da göstərəcəyik. Yəni, bütün imkanlarımızı səfərbər edib bu insanlara köməklik göstərəcəyik".

Qeyd edək ki, bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, səhiyyə naziri Oqtay Şirəliyev, SOCAR rəhbərliyi də xəstələrə baş çəkib.

Xatırladaq ki, qəzada xəsarət almış 8 nəfər hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır. Onların vəziyyətləri qənaətbəxşdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR