"29 nəfər tapılmır"

"29 nəfər tapılmır"
17:57 6 Dekabr 2015
107 Digər
Ölkə mətbuatı
A- A+

Hazırda bütün cəhdlərə baxmayaraq "Günəşli" yatağında baş vermiş yanğın səbəbindən itkin düşmüş neftçilərlə bağlı yeni məlumat əldə edilməyib.

Milli.Az xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Əlirəhimov deyib.

O qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin gəmiləri və helikopterləri itkin düşmüş şəxslərin axtarışlarını davam etdirirlər.

B.Əlirəhimov bildirib ki, yanğının söndürülməsinə əlavə qüvvələr cəlb olunub: "Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri də hadsə yerinə cəlb olunub".

B.Əlirəhimov bu gün yanğının söndürülməsi ehtimalının böyük olduğunu bildirib.

Qeyd edək ki, hadisə nəticəsində 29 nəfərin itkin düşdüyü bildirilir. Bundan əvvəl qeyd olunmuşdu ki, yanğının söndürülməsinə FHN, Dövlət Sərhəd Xidmətinin gəmiləri cəlb olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR