Türkiyə qırıcıları yenidən Suriya sərhədində

Türkiyə qırıcıları yenidən Suriya sərhədində
18:36 6 Dekabr 2015
59 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin F-16 qırıcıları yenidən Suriya sərhədində görünüb.

ANS PRESS-in məlumatına görə, bu haqda Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Türkiyə Hava Qüvvələrinə məxsus olan 10 ədəd hərbi təyyarə Türkiyə-Suriya sərhədində patrul nəzarəti həyata keçirib.

Bundan başqa 23 ədəd gəmi ilə müxtəlif yerlərdə baxış keçirilib. Həmçinin Türkiyə ilə Suriyanın dəniz sərhədində də gəmilərlə yoxlama aparılıb.


Türkiyə-Suriya sərhədi


Türkiyənin F-16 qırıcısının Rusiyaya məxsus SU-24 hərbi təyyarəsinin vurmasından sonra iki ölkə arasında münasibətlər gərginləşdiyindən NATO 3 hərbi gəmisini Türkiyənin İstanbul boğazına göndərib.

Boğazda Kanada, Portuqaliya və İspaniya bayrağı dalğalanan 3 gəmi lövbər salıb. Təşkilat bu addımı "Türkiyəyə dəstək üçün hərbi gəmi və təyyarə göndərəcəyik" açıqlamasını verəndən sonra atıb.


Türkiyənin İstanbul boğazındakı NATO hərbi gəmiləri


Türkiyənin F-16 qırıcısı noyabrın 24-də Rusiyanın SU-24 hərbi təyyarəsini vurub. Pilotlardan biri katapulta edə bilsə də həlak olub, digər pilotu rus və suriyalı xüsusi xidmət orqanlarının əməkdaşları xilas edib. Rusiyanın xüsusi xidmət orqanlarının əməkdaşlarından biri isə xilasetmə əməliyyatları zamanı həlak olub.

Türk rəsmiləri SU-24-ün Türkiyənin hava sərhədini pozduğunu və ona dəfələrlə xəbərdarlıq edildiyini bildirib. Rusiya da xəbərdarlıq edildiyini etiraf etsə də, Türkiyənin bu addımı ilə razılaşmayıb.



Münasibətlər gərginləşərək iqtisadi əlaqələrin kəsilməsinə, ölkələr arası layihələrin dayandırılmasına gətirib çıxarıb. Rusiya iqtisadi sanksiyalar tətbiq edib. Hər iki ölkə son vəziyyətdən zərər görsə də heç bir tərəf geri addım atmaq istəmir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366583

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR