Daş dolu iki yük maşını qəza törətdi, xəsarət alan var

18:58 6 Dekabr 2015
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün axşam saatlarında Bakı-Qazax yolunda Kürdəmir rayonu ərazisində 2 daş dolu "KAMAZ" yük avtomobilinin "Mercedes" markalı avtomobillə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Trend-in verdiyi məlumata görə, nəticədə minik avtomobili ciddi deformasiyaya uğrayıb. Hadisə yerində yol polisi əməkdaşları araşdırma aparırlar. Xəsarət alanların olduğu bildirilir.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR