Sargsyan suallardan qaçıb

Sargsyan suallardan qaçıb
19:12 6 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan prezidenti Serzh Sargsyan dekabrın 6-da keçirilən referendumda səs verib.

O 9/11 saylı məntəqəyə həyat yoldaşı ilə birlikdə gəlib.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, səsvermədən sonra jurnalistlər ona baş nazir olub-olmayacağını soruşublar.

Amma Sargsyan hər şeyə referendumdan sonra cavab verəcəyini deyib və dərhal da məntəqəni tərk edib.

Keçmiş prezident Levon Ter Petrosyan da səsvermədə iştirak edib.

O hamını referendumda iştiraka çağırıb və bildirib ki, nəqədər çox adam iştirak eləsə bir o qədər yaxşıdır.

Qeyd edək ki, Petrosyan referenduma qarşıdır və bundan əvvəl Sargsyanı prosesi dayandırmağa çağırıb.

AzadlıqRadiosunun erməni xidməti səsvermə zamanı topa bülletenlər atılması və başqasının yerinə səs vermə cəhdi kimi hallar aşkar edildiyini xəbər verir.

Qeyd edək ki, dəyişiklikləri Serzh Sargsyan təklif edib.

Düzəlişlərdə prezidentin səlahiyyətlərinin parlamentə verilməsi və dövlət başçısının xalq yox, parlament tərəfindən seçilməsi, prezidentlik müddətinin isə 5 ildən 7 ilə qaldırılması nəzərdə tutulur.

Müxalifət hakim partiyanı hakimiyyəti zəbt etməkdə ittiham edir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388143.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR