"Yanğının söndürülməsi istiqamətində işlər davam edir"

"Yanğının söndürülməsi istiqamətində işlər davam edir"
19:12 6 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

"Günəşli" yatağındakı digər neft quyularında işlər davam edir, sadəcə 10-cu özüldə işlər dayandırılıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Bunu APA-ya açıqlamasında SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov deyib.

O bildirib ki, yanğın söndürülən kimi özüldə bərpa işlərinə başlanılacaq: "SOCAR-ın prezidenti Rövnəq Abdullayev indi hadisə yerindədir. Yanğın söndürüləndən sonra bərpa işlərinə başlanılacaq. Bərpa işləri yekunlaşandan sonra quyular istifadəyə veriləcək. Orada 26 neft quyusu, 4 qaz kondensantı var".

O qeyd edib ki, dəymiş ziyan hasil olunmayan neft və qazdır: "Bu da ziyan deyil, çünki çıxarılmayan neft və qazdır".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR