Cübbəli Əhməddən Demba Ba fətvası

Cübbəli Əhməddən Demba Ba fətvası
09:46 30 Dekabr 2014
139 Sosial
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış moizəçisi, Cübbəli Əhməd ləqəbli Əhməd Mahmud Ünlü iştirak etdiyi TV proqramında “Beşiktaş”ın seneqallı legioneri Demba Badan danışıb. ANS PRESS-in məlumatına görə, Cübbəli Əhməd ulduz futbolçunun vurduğu qollardan sonra stadionda səcdə etməsindən danışıb. Şükür səcdəsinin üzü qibləyə olmasının vacibliyini deyən moizəçi bildirib ki, qəsdən hara gəldi səcdə edən biri dindən çıxar.

“Qibləmiz qiyamətə qədər Məscidi Haramdır. Belə, hara gəldi səcdə eləmək olmaz. Bu doğru deyil, günahdır. Qəsdən qiblədən qeyri yerə səcdə edən kafir olar. Təhlükəli bir şeydir”.

Cübbəli Əhməd həmçinin, Demba Banı şəxsən tanımadığını, dindarlığını təqdirlə qarşıladığını deyib.

İlahiyyatçı alimlər isə bunun o qədər də problemli bir şey olmadığını, şükür səcdəsinin hər cür mühitdə mümkün olduğunu bildiriblər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=40&nid=317089

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR