Tüninq olunmuş BMW X5 M - FOTO

Tüninq olunmuş BMW X5 M - FOTO
21:05 6 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Manhart Performance emalatxanasının təqdim etdiyi tüninq paketi sayəsində, alman krossoveri standart BMW X5 M modelindən daha güclü alınıb. 4,4 litrli iki turbo gücləndiricili V8 mühərriki təkminləşmiş elektron idarəetmə bloku və idman üslublu xaricetmə sistemi əldə edib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki,  nəticədə, güc aqreqatı 700 a.g. və 900 Nm fırlanma anına sahib olub. Müqayisə üçün bildirək ki, standart BMW X5 M 575 a.g və 750 Nm fırlanma anı hasil edir. Dinamika barədə məlumat verilməsə də, mühəndislər maksimal sürətin 315 km/saat olduğunu bildiriblər. Əgər tünerlərin işi sizə çox çılğın gəldisə, o zaman daha sakit - 640 atlı tüninq proqramı sifariş etmək mümkündür.

Komplektə həmçinin H&R idman yayaları, 35 mm aşağı olan asma, bana boz mat vinilin çəkilməsi və Vredestein Ultrac Vorti şinləri (295/30 ZR 22 öndə və 335/25 ZR 22 arxada) geyindirilən 22 dyümlü BBS təkər diskləri daxildir.
Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/387870.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR