Türkiyə və Azərbaycan TANAP-ın tikintisini sürətləndirəcək

Türkiyə və Azərbaycan TANAP-ın tikintisini sürətləndirəcək
21:05 6 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə və Azərbaycan Transanadolu qaz kəmərinin (TANAP) tikintisini sürətləndirəcəklər. Trend-in məlumatına görə, bunu "SOCAR Turkey Enerji" şirkətinin başçısı Kənan Yavuz "Akşam" qəzetinə müsahibəsində bildirib.

Yavuz qeyd edib ki, TANAP bu gün ən vacib enerji layihələrindən biridir.

Rusiyanın Türkiyəyə qaz ixracı məsələsinə gəlincə, şirkət başçısı deyib ki, Moskvanın qaz tədarükünü dayandırmasına inanmır.

TANAP layihəsi Azərbaycanın "Şah Dəniz" yatağından qazın Türkiyə-Gürcüstan sərhədindən Türkiyənin qərbinə nəqlini nəzərdə tutur.

TANAP-ın səhmdarlarının tərkibi belədir: SOCAR - 58 faiz, Botas - 30 faiz, BP - 12 faiz.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR