BMW kiçik sedan hazırlayıb - FOTO

BMW kiçik sedan hazırlayıb - FOTO
21:32 6 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"BMW" konserni Quançjou sərgisində perspektivi aydın olmayan prototip nümayiş etdirdi. Bavariyalılar çoxdan kiçik sedan barədə düşünürlər, lakin 1-ci seriya 4-qapılı modelə işarə olan yenilik hələlik konsept sayılır.

Milli.Az auto.az-a istinadən bildirir ki,  "Compact Sedan Concept" adlı prototipin kiçik seriyalı sedanın müjdəçisi olub-olmayacağı sualına "BMW" hələlik cavab vermir. Yenilik isə dizayn mövzusunda çalışma kimi qiymətləndirilir.

Bundan əlavə, konsept yalnız sxematik interyer ilə təchiz edilib. O, arxitektura cəhətdən seriyalı modelləri xatırlatsa da, daha çox maketə bənzəyir. Buna baxmayaraq, bavariyalılar bildiriblər ki, konsepti proyeksiyalı displey, sensor düymələr, 8,8-düymlük monitor, panoram dam ilə təchiz ediblər.

İnteryer "Nappa" dərisi və mat ağacla işlənib. Qeyd etmək lazımdır ki, ikinci sıra oturacaqlar iki ayrı kreslodan ibarətdir və özünün klimat qurğusu ilə təchiz edilib.

"BMW"-dən bildiriblər ki, arxa oturacaq sərnişinləri üçün böyük azad yer var. Dəqiq rəqəmlər barədə xəbər verilmir. 1-ci seriya sedanın necə görünəcəyi barədə xəbər verilmir.

Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR