Xəzərdə ehtiyatsızlıq, yoxsa təxribat? (FOTO)

Xəzərdə ehtiyatsızlıq, yoxsa təxribat? (FOTO)
21:46 6 Dekabr 2015
124 Digər
Ölkə mətbuatı
A- A+

“Xəzər dənizində baş verən faciədə terror və təxribatın olma ehtimalı sıfıra bərabərdir. Amma hər şeyi küləyin üzərinə atmaq lazım deyil. Burada təhlükəsizlik qaydaları pozulub”.

Bu sözləri ANS PRESS-ə açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Təşkilarının rəhbəri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib.

Onun sözlərinə görə, qasırğa və güclü qar olduğu vaxt fövqəladə hallara hazırlıq barədə bütün idarələrə telefonaqramma göndərilir.

“Mən belə bir xəbərdarlığın edilmədiyinə inanmıram. Amma həmin platformada qasırğaya hazır olublarmı? Ümumiyyətlə, platformalarda təhlükəli vəziyyətlərdə dənizə düşən zaman qorunmaq üçün təhlükəsizlik jiletləri olub. İşçilər təhlükəsizlik jiletlərini geyiniblərmi? Bu sualların hər biri araşdırılmalıdır”, deyə M.Qəhəmanlı bildirib.


Mirvari Qəhrəmanlı - Neftçilərin Hüquqlarını Müdafiə Təşkilarının rəhbəri, hüquq müdafiəçisi


Hüquq müdafiəçisi bildirib ki, Sovet dövründə platformalar və əlahiddə özüllər ətrafında keşikçi gəmilər növbə tuturdular:

“Hazırda BP şirkətinin də belə gəmiləri var. Amma bizdə balaca yük daşıyan gəmilərdir. Bizdə Dövlət Neft Şirkətinin tərkibindən donanma çıxarılıb. Bu səbəbdən Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) "British Petroleum" un (BP) gəmilərindən istifadə etməli olur. Mənim aldığım məlumatlar əsasında ümumiləşdirdiyim rəy belədir ki, qəzaya hazırlıqda və insaların təxliyə olunmasında məsuliyyətsizlik olub”.


İşçilərin olduğu qayıq


Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib.

Baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.



Faciənin baş verdiyi platforma


Rəsmi məlumata görə, hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 1-i dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 29 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib. Ötən gün başlayan axtarış-xilasetmə əməliyyatları bu gün səhərdən dalğıcların cəlb olunması ilə davam etdirilir.



Faciənin baş verdiyi platforma


Faciə ilə əlaqədar prezident İlham Əliyev 6 dekabr Azərbaycan ərazisində matəm günü elan olunub.

Xəzərdə yanğında olan işçilərin son vəziyyəti (YENİLƏNİB, FOTO)

Xəzərdə itkin düşənlərin axtarışlarına dalğıclar cəlb olundu

Xəzər dənizindəki əməliyyatdan ilk görüntülər (VİDEO)

Xəzərdə itkin düşənlərlə bağlı son açıqlama verildi (YENİLƏNİB - 2)

Dünya liderləri İlham Əliyevə başsağlığı verir

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366587

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR