Yeni BMW X6 M təkmilləşdi - FOTO

Yeni BMW X6 M təkmilləşdi - FOTO
22:32 6 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Əsas ofisi Lauphaym şəhərində yerləşən ən məşhur alman tüninq emalatxanası "Hamann" bütün dünyada öz müştərilərini təəccübləndirməkdə davam edir. Ofisin fəaliyyətə başladığı 1986-cı ildən şirkət alman avtomobillərinin tüninqi ilə məşğul olur və diqqətini xüsusən yeni model "BMW"-lərin təkmilləşdirilməsinə ayırır. "Hamann"-dan ən son parlaq nümunə yuxarıda deyilənlərin sübutudur. Bəzi dəyişikliklər edildikdən sonra "BMW X6 M" hamımızın gözü qarşısında dəyişdi.

Milli.Az auto.az-a istinadən bildirir ki, "BMW X6 M" modeli elə də çox apqreydə məruz qalmayıb, lakin onların keyfiyyətinə və lazımlılığına şübhə etmək lazım deyil: avtomobil indi daha maraqlı görünür. Korpusda edilən bəzi dəyişikliklərdən əlavə standart model ilə yeniliyin arasında yeni rəng fərqi yaranıb və o, 23-düymlük yeni disklərlə təchiz edilib.

Bundan əlavə, "Hamann"-da avtomobilin daha aqressiv dizaynı üçün də tənbəllik etməyiblər və standartdan fərqli olaraq daha alçaq yay dəsti quraşdırıblar. Sonda "BMW X6 M"-in qara milləri arxasında tünd mavi əyləc supportları görünür ki, bu da avtomobilin rəngi ilə çox uyğun gəlir və quraşdırılmış disklərin dizaynını tamamlayır.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/387866.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR