İdman üslublu Focus - FOTO

İdman üslublu Focus - FOTO
23:05 6 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Ford şirkətinin alman bölməsi Essen avtosalonunda Focus modelinin Sport adlı yeni xüsusi versiyasını sərgiləyib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki,  qaynar hetçbek ilin sonuna kimi satışa çıxarılacaq və seçim üçün qara-qırmızı tonlarda iki eksteryer rənglənməsi - Race Red və ya Panther Black təklif ediləcək. Tavanın üstü, güzgü qapaqları və aerodinamik elementlərdəki çıxıntılar qırmızı, yaxud qara rənglə boyanacaq. Bonus kimi 18 dyümlu təkər diskləri təklif olunur.

Qara və qırmızı rəngli işləmələr salonda da davam edir. 

Kapot altında 1,5 litrli 150 və ya 182 atlı mühərrik yer alacaq. Hetçbekin qiyməti €25 000 başlayacaq. 
Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/387871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR