“Qarabağ” komandası turnir cədvəlindəki liderliyini möhkəmləndirib

“Qarabağ” komandası turnir cədvəlindəki liderliyini möhkəmləndirib
23:08 6 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 dekabr, AZƏRTAC
Dekabrın 6-da futbol üzrə Topaz Premyer Liqasının XV turu çərçivəsində üç oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, Lənkəran şəhər stadionunda “Xəzər-Lənkəran” komandası “Qəbələ”ni qəbul edib. Baş hakim Ömər Paşayevin idarə etdiyi oyunda Avropa Liqası yarışlarındakı təmsilçimiz “Qəbələ” minimal hesabla qalib gəlib – 1:0. “Qəbələ”nin heyətində Aleksey Antonov fərqlənib.
“Bakcell Arena”da “Neftçi” və “Zirə” komandaları qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. “Neftçi”nin heyətində qolu Ruslan Qurbanov, rəqib komandadan isə Luis Alberto Diez vurub.
Günün son qarşılaşması isə Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda oynanılıb. “İnter” komandasını qəbul edən “Qarabağ” klubu rəqib üzərində 1:0 hesablı qələbə qazanıb. FİFA referesi Əliyar Ağayevin idarə etdiyi oyunda “Qarabağ”ın qələbə topunu Dani vurub.
Beləliklə, hesabındakı xalların sayını 35-ə çatdıran “Qarabağ” turnir cədvəlindəki birinciliyini möhkəmləndirib. “Qəbələ” 27 xalla ikinci, “Zirə” isə 25 xalla üçüncü pillədə qərarlaşıblar.
Turun digər matçları – “Sumqayıt” - “Kəpəz” və “Rəvan” – AZAL qarşılaşmaları dekabrın 7-də oynanılacaq.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qarabag_komandasi_turnir_cedvelindeki_liderliyini_mohkemlendirib-908790

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR