Rusiya və Türkiə İraqda toqquşa bilər?

Rusiya və Türkiə İraqda toqquşa bilər?
23:12 6 Dekabr 2015
78 Digər
Ölkə mətbuatı
A- A+

İraq höküməti Türkiyə qoşunlarının ölkəyə daxil olması ilə bağlı Rusiyadan hərbi kömək istəyə bilər. 

Milli.Az anspress-ə istinadən bildirir ki, bu barədə İraqın parlament komitəsinin rəhbəri Hakim əl Zamili deyib. 

Hakim əl Zamili bildirib ki, rəsmi Bağdad Türkiyənin bu addımını ölkənin müstəqilliyinin pozulması kimi qiymətlərdirir. "Ola bilsin ki, Türkiyənin müdaxiləsinə və İraq müstəqilliyinin pozulmasına cavab olaraq tez bir zamanda Rusiyadan hərbi kömək istəyək", - əl Zamili bildirib.

Parlament üzvü əlavə edib ki, Türkiyə İraq hökumətinə xəbərdarlıq etmədən ölkəyə hərbi qulluqçu daxil edib. 

Bir neçə gün əvvəl "Türkiyə Silahlı Qüvvələri" (TSK) 2 ildən artıq müddətdir Şimali İraq Mosul əyalətinin Türkiyə sərhəddinə yaxın Başiqa bölgəsində peşmərgə və İŞİD əleyhdarı digər qruplara hərbi təlim keçən desant birliyində dəyişiklik edib. Bölədəki 80-90 türk əsgəri sayı 138-ə çatdırılıb.

Bundan başqa bölgədə fəaliyyət göstərən, 25 tankdan ibarət zirehli qoşun birliyində də dəyişiklik olub. Zirehli birliyin tərkibində olan hərbçi sayı da nəzərə alındıqda, bölgədəki türk hərbçi sayının ən azı 300 olduğu bildirilir. 

İraq hökümətinin Rusiyadan kömək istəməsi barədə isə açıqlaması Türkiyə və Rusiya arasında baş verən son gərginlik ola bilər. Çünki Türkiyə Rusiya qırıcısını vurduqdan sonra ölkələr arasında gərginlik yaşanıb. Rusiya qırıcı təyyarənin Suriya ərazisində qəsdən burulduğunu iddia edir. Amma Türkiyə tərəfi qırıcını sərhədlərinin daxilinə keçidiyi üçün vurduğunu deyir. Rəsmi Bağdad isə bu gənlikdən istifadə edib Türkiyə ordusunu ölkədən çıxarmaq istəyir. 

Gərginliyin pik həddə olduğu bir vaxtda İraq hökümətinin Rusiyadan kömək istəməsi vəziyyəti bir az da pisləşdirə bilər. Rusiya ordusunu İraqa daxil olması birbaşa ABŞ-la üz - üzə gəlməsi deməkdir. Çünki İraq 2003 -cü ildə ABŞ ordusunu tərəfindən işğal edilib. 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR