"Günəşli"də 60-dan çox işçinin olmasının səbəbi (VİDEO)

"Günəşli"də 60-dan çox işçinin olmasının səbəbi (VİDEO)
00:06 7 Dekabr 2015
145 Digər
Ölkə mətbuatı
A- A+

Tufan və fırtına öz işini gördü. “Günəşli” yatağında 10-cu platformada baş verən qəza təbii fəlakətin sərt müdaxiləsi ilə müdhiş faciəyə səbəb oldu.

Xilasedici qayıqlara sığınaraq kömək gözləyənlərin az qala tən yarısı sulara qarışdı. 29 nəfər itkin düşdü.... Prezident ölkədə matəm elan edib. Hamımız yas içindəyik. Dərdin yaxaladığı hər kəsə başsağlığı verir, Allahdan səbr diləyirik.

Bu gün Dövlət Neft Şirkəti və Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinin mətbuat konfransı oldu. Hər bir xırdalığın əks olunduğu mətbuat konfransını ANS birbaşa yayımladı. Sonra isə Dövlət Neft Şirkətinin birinci vitse-prezident Xoşbəxt Yusifzadə ilə görüşdük.

- Xoşbəxt müəllim başımız sağ olsun! Allah səbr versin. Böyük faciədir, böyük dərdir. Amma indi biz gərək hər bir dərdən nəticə çıxaraq. Bayaq siz dediyiniz kimi. Bir də belə şeylər olmasın. Bir daha belə bir hadisənin baş verməməsi üçün nə etmək lazımdır?

- 1957-ci ildə o vaxta kimi görülməyən bir hadisə baş verdi. Hadisə zamanı küləyin sürəti 43 metir saniyə çatırdı. Azərbaycanda bu cür külək son yüz ildə qeydə alınmamışdı. Ondan sonra dalğanın hüdürlüyü 13 metrəyə qədər qalxdı. Orda bizim estakadanın böyük bir hissəsini su yuyub apardı. Ondan sonra su daha bir platformanı yuyub apardı. O vaxt 22 nəfər dənizə düşüb boğulmuşdu. O vaxta kimi layihələndirilmiş estakadalar bu hüdürlüyə, yəni 13 metrəyə qədər hesablanmamışdı. Ondan sonra biz bu günə qədər nə iş görürüksə, 13 metrəni nəzərə alıraq estakadanı o hüdürlüyə qədər qaldırırıq. O vaxtdan etibarən bizdə belə bir hadisə olmayıb. İndi burda biz nəyin şahidi olduq. Külək 27 saat davam etdi. Məhz küləyin uzun bir müddət davam etməsi nəticəsində dalğanın hüdürlüyünün qalxdı. Nəticədə dalğanın hüdürlüyü 8-10 metrə çatdı. Bundan sonra biz fikirləşib bundan nəticə çıxarmalıyıq. Belə bir hadisənin bir daha baş verməməsi üçün layihələndirmə zamanı bu hal nəzərə alınsın. Bundan başqa xilasedici gəmilərdə də bir dəyişiklik edilməlidir. Çünki, onlar xilasedici gəmidə bu küləkdə, bu dalğada suya düşsəydilər belə üzə bilməyəcəkdirlər. Dalğa onsuz da xilasedici gəminin ora-bura vuraraq məhv edəcəkdir. Fikirləşmək lazımdır ki, xilasedici gəmilərin konstruksiyası necə olmalıdır.

- Bu platformada 63 nəfər olub. Ümumiyyətlə bütün platformalarda bu qədər adam olur?

- Platformada bu qədər insanın olmasına səbəb var. Biz orada əlavə olaraq daha 4 quyu qazımaq istəyirik. Ona görə orada həm tikinti işlərini aparanlar, həm də qazmaçılar vardı. Buna görə də onların sayı 63 -ə çıxmışdı. Əgər orada həm qazmaçılar, həm də tikintini həyata keçirənlər olamasa idi əlbəttə bu qədər adam olmayacaqdır.

Müsahibəyə daha ətraflı aşağıdakı videoda baxa bilərsiniz.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366600

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR