Zaur Svanadze: "Qarabağ”la mübarizə aparmasan, nəticə qazanmaq mümkün deyil"

"Qarabağ" - "İnter" (1:0) oyunundan sonra qonaqların baş məşqçisi Zaur Svanadze də mətbuat nümayəndələrinin qarşısına çıxıb.

Gürcü mütəxəssis "Qarabağ"la lazımınca mübarizə apara bilmədiklərindən danışıb:

"Baş vermiş faciə ilə bağlı başsağlığı verirəm. Oyuna gəldikdə, yaxşı çıxış etmədik, ötürmələr qeyri-dəqiq idi. Zədə və cəza probleminə görə oynamayanlar qayıdacaqlar. Sərgilədiyimiz futbolu düzəltməliyik. Biz çox toplar itirdik, mübarizəyə girə bilmirdik. “Qarabağ”la mübarizə aparmasan, nəticə qazanmaq mümkün deyil".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR