Əhməd Davudoğlu həmkarına məktub yazdı

Əhməd Davudoğlu həmkarına məktub yazdı
04:11 7 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin baş naziri Əhməd Davudoğlu iraqlı həmkarı Heydər İbadiyə məktub yazıb. ANS PRESS-in məlumatına görə, Davudoğlu məktubda həmkarına Mosul əyalətinin Başika bölgəsində baş verənlər barədə məlumat verib. Davudoğlu həmçinin İraqın bütün ölkələr tərəfindən qəbul olunan suverenliyi, torpaq bütünlüyü mövzusunda ən həssas ölkələrdən biri olan Türkiyənin bunun əksi istiqamətdə hər hansı bir addım atmayacağını qeyd edib.

İraq hökumətinin narahatlığı yox olana qədər Başikaya hərbi qüvvələrin transfer olunmayacağını deyən Türkiyə baş naziri, məktubunda ölkəsinin İŞİD ilə mübarizədə İraqa hər cür dəstəyi verməyə davam edəcəyini, bu məsələdə İraq hökuməti ilə olan əməkdaşlığın müzakirə və koordinasiya daxilində dərinləşdirmək istədiklərini ifadə edib.

Türkiyənin baş naziri Əhməd Davudoğlu məktubunda İraq ilə Türkiyənin əməkdaşlığına görə narahat olan və bunun bitməsini istəyənlərin bu hərəkətlərinə izn verilməməsinin labüd olduğunu bildirib.

Dekabrın 2-də Şimali İraq Mosul vilayətinin Başika bölgəsindəki Türkiyəyə aid hərbi düşərgədə dəyişiklik olub, bu vaxt düşərgədə olan hərbçi sayı çoxaldılıb və Türkiyə Silahlı Qüvvələrinə aid Tank divizyasının 25-ə yaxın tankı bölgəyə aparılıb.

Rəsmi Bağdad bunu ölkəsinin süverenliyinə və torpaq bütünlüyünə təcavüz kimi qiymətləndirmiş və ölkəsinin Rusiyadan yardım istəyəcəyini istisna etməmişdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366608

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR