Göyçayda ötən 11 ayda 3352 baş iribuynuzlu heyvan süni yolla mayalandırılıb

Göyçayda ötən 11 ayda 3352 baş iribuynuzlu heyvan süni yolla mayalandırılıb
05:33 7 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Göyçay, 7 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC 
Son illər Göyçayda tətbiq edilən süni mayalama tədbirləri rayonda heyvandarlıq sahəsinin inkişafına xeyli təkan verib.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildiriblər ki, mal-qaranın damazlıq keyfiyyətinin yaxşılaşdırılması, ət və süd istehsalının artırılması, təbii cütləşmə yolu ilə yayılan xəstəliklərin qarşısının alınması, mal-qaranın qısırlığına qarşı mübarizə aparılması və heyvandarlıq təsərrüfatının iqtisadi səmərəliliyinin artırılması məqsədilə son illər ərzində Göyçayda 8 özəl süni mayalama məntəqəsi yaradılıb. Kəndlərdə fəaliyyət göstərən süni mayalama texnikləri bu ilin 11 ayında 3352 baş iribuynuzlu heyvanı süni yolla mayalandırıblar. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 35 baş çoxdur.
Süni mayalanan inək, düyə və camışlardan bu ilin 11 ayında 2366 baş sağlam bala alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 baş çoxdur. Görülən tədbirlər nəticəsində mövcud mal-qaranın cins tərkibi xeyli yaxşılaşıb. Eyni zamanda, kəndlərdə heyvanların yoluxucu xəstəliklərdən mühafizəsi üçün vaxtaşırı lazımi müayinə və profilaktiki tədbirlər həyata keçirilir. Süni mayalama texnikləri vətəndaşalara əvvəlcə kataloq vasitəsilə seçim etməyə şərait yaradırlar. Süni mayalanma metodundan istifadə edən fermerlər ildən-ilə təsərrüfatlarındakı mal-qaranın daha sağlam və yoluxucu xəstəliklərə qarşı daha dözümlü olduğunu deyirlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Goychayda_oten_11_ayda_3352_bas_iribuynuzlu_heyvan_suni_yolla_mayalandirilib-908796

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR