“AJC” MMC-nin təmin edilmiş istiqrazlarının emissiya prospekti qeydə alınıb

“AJC” MMC-nin təmin edilmiş istiqrazlarının emissiya prospekti qeydə alınıb
06:48 7 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “AJC” MMC-nin faizli, təmin edilmiş, sənədsiz, adlı istiqrazlarının emissiya prospektini qeydə alıb.
Bakı Fond Birjasından (BFB) AZƏRTAC-a bildiriblər ki, emissiyanın məbləği 11 milyon ABŞ dolları, yerləşdiriləcək istiqrazların sayı 11 min ədəd, bir istiqrazın nominal dəyəri min dollar, tədavül müddəti 720 gün, istiqraz üzrə faiz dərəcəsi 8 faizdir. “Standard Kapital” MMC anderrayter vəzifəsində çıxış edir.
İstiqrazları əldə etmək istəyənlər BFB-nin üzvü olan və broker lisenziyasına malik təşkilata müraciət edə bilərlər. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB-də həyata keçiriləcək. Səhmlərin emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AJC_MMC_nin_temin_edilmis_istiqrazlarinin_emissiya_prospekti_qeyde_alinib-908797

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR