Mən əminəm ki, bu cür hadisələr bir daha Nardaranda olmayacaq (VİDEO)

Mən əminəm ki, bu cür hadisələr bir daha Nardaranda olmayacaq (VİDEO)
07:31 7 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

Bu həftə Azərbaycanın hüquq-mühafizə orqanları Nardaran qəsəbəsində "Tale Bağırzadə" şərti adı altında əməliyyat apardılar və Nardaran qəsəbəsində Azərbaycan qanunlarının bərpa olunması üçün ciddi addımlar atdılar.

Təbii ki, bu, Azərbaycan dövlətinin dünyəvi dövlət olduğunu sübut etməkdən ötrü olduqca gərəkən bir addım idi. Bu addımı Nardaranın dini ekstremizmdən, dini radikalıqdan uzaq olan əksər sakinləri anlayışla qarşıladı.

Amma eyni zamanda Nardaran hadisələri bir siqnal oldu. Azərbaycanda İslam dövlətimizin multikulturalizim ənənələri, dini tolerantlıq ənənələri ilə paralel şəkildə danışılmalıdır, qəbul olunmalıdır.

Nardaran hadisələrindən çıxış edərək, İslamın Azərbaycanda bundan sonrakı aqibəti barədə söhbət etməkdən ötrü ANS TV-də "Hesabat"ın qonağı Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri Mübariz Qurbanlı olub.

- Mübariz müəllim sizcə bundan sonra Nardarandakı proseslər artıq bu dini radikal təfəkkürlü insanların ordan kənarlaşdırılması istqamətində atılan addımlardan sonra, hansı istiqamətdə, hansı səmtə cərəyan edəcək?

– Nardaranda indiki vəziyyət çox normaldır və hadisələr normal məcrada inkişaf edir. Hazırda orada “Azəriqaz” və “Azərişıq” fəaliyyət göstərir. Bəziləri söyləyir ki, əvvələr Nardaranda kommunal haqlar nəyə görə ödənilməyib və s. Hökümət əvvələr də orda hər cür tədbirlər görüb. Yəni digər kəndlərdə olduğu ki, işıq da, qaz da verilib. Digər kəndlərdə olduğu kimi kartlarla bunlar hamısı edilib. Amma dağıdıblar, sındırıblar. Məhz bu cür ekstremist və bu kimi qrupların təhrikilə. Bir daha qeyd edirəm ki, indi vəziyyət normaldır. Hesab edirəm ki, Nardaranda bu cür hadisələr, hərəkətlər bundan sonra bir daha təkrar olunmayacaq. Çünki o kəndin əhalisi bu cür ekstremis qrupları bütövlüklə dəstəkləməyib və dəstəkləmir.

– Dövlət tərəfindən hər hansı bir güzəşt mümkündürmü, tutaq ki, onlara işığı da, qazı da hələlik kreditlə versinlər. Çünki çox soyuqdur. Hidrometeoroloqların praqnozuna görə, daha çox soyuqların olacağı gözlənilir. Və eyni zamanda bu proseslər öz həllin tapsın. Yəni biri o birisinə mane olmadan mümkündürmü belə bir şey?

– Mənim bildiyimə görə hazırda orda bu işlər yekunlaşmaq üzrədir. Belə ki, digər kəndlərdə olduğu kimi orda da “Azərişıq” müəyyən işlər, yəni sayğac quraşdırmalıdır. Hər şey qanun-qaydalar çərcivəsində həll eilməlidir. Düşünürəm ki, bütün bu işlər qısa bir vaxt ərzində yekunlaşmalıdır. Düzü komitənin bu sahə ilə bir bağlılığı yoxdur. Amma məndə olan məlumata görə, həm “Azəriqaz”, həm də “Azərişıq” orda öz fəaliyyətlərini surətləndiriblər ki, bu işlər tez bir zamanda yekunlaşdırsınlar. Əlbəttə ki, həm hakimiyyət, həm də bu qurumlar çalışırlar ki, tezliklə orada həyat öz normal axarına düşsün.

Daha ətraflı video-reportajda baxa bilərsiniz.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366605

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR