Afinada ara qarışdı - FOTO

Afinada ara qarışdı - FOTO
08:17 7 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Yunanıstanın paytaxtı Afinada 2008-ci ildə polis gülləsi ilə qətlə yetirilən 16 yaşlı Aleksandros Qriqoropulosun ölüm ildönümü münasibətilə keçirilən aksiya iğtişaşlarla nəticələnib. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, müxtəlif tələbə dərnəkləri və solçu qrupların təşkil etdiyi yürüş zamanı özlərini "anarxistlər" adlandıran 100 nəfərlik maskalı qrup polis əməkdaşlarına daş "Molotov" kokteyli atıb. Polis, Stadiyu prospektində siqaret mağazasını və zibil qutularını yandıraraq, polis maşınlarına "Molotov" kokteyli atan qruöu dağıtmaq üçün səs bombası və gözyaşardıcı qazdan istifadə edib. 

Daha sonra Afinanın Eksarhia rayonunda yollarda barrikada quran və ətrafdakı maşınları, ofisləri yandıran nümayişçilərlə polis arasında toqquşma baş verib. Qarşıdurma zamanı təxminən 200 nəfərlik qrup Afina Texniki Universitetinə girmək istəyib, lakin xüsusi təyinatlılar buna mane olub. 

Solomu prospektyində nümayişçilərin atdığı "Molotov" kokteyli dördmərtəbəli binada yanğına səbəb olub. 

Xatırladaq ki, 6 dekabr 2008-ci ildə tələbə Aleksandros Qriqoropulos iki polis əməkdaşının açdığı atəç nəticəsində dünyasını dəyişib. Polis əməkdaşlarından biri ömürlük, sigəri isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Milli.Az

















Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388203.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR