Tovuzda şumlanmış sahələr ötən illə müqayisədə 713 hektar artırılıb

Tovuzda şumlanmış sahələr ötən illə müqayisədə 713 hektar artırılıb
08:33 7 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Tovuz, 7 dekabr, AZƏRTAC
Kənd təsərrüfatı məhsullarının istehsalına dövlət dəstəyi tovuzlu fermerlərin də bu sahəyə marağını artırıb. Artıq bir neçə müddətdir ki, rayonda taxıl əkininə start verilib.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, taxılçılıqla məşğul olan sahibkarlar indiyədək 11 min 230 hektar sahədə şum çıxarıblar. Artıq şum çıxarılan sahələrin 8469 hektarına buğda, 410 hektarına isə arpa əkilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə şumlanmış sahələr 713 hektar çoxdur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tovuzda_sumlanmis_saheler_oten_ille_muqayisede_713_hektar_artirilib-908798

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR