Sərt iqtisadi islahatlar davam edəcək

Sərt iqtisadi islahatlar davam edəcək
08:37 7 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Yunanıstan hökuməti ölkənin 2016-cı il üçün nəzərdə tutulan büdcə planını qəbul edib. 

Milli.Az anspress-ə istinadən bildirir ki, qanun layihəsində bir sıra sektorlarda xərclərin azaldılması və vergilərin artırılması nəzərdə tutulur. 

Qanun layihəsi parlamentdə keçirilən səsvermə əsasında qəbul olunub. Deputatların 153-ü layihənin lehinə, 145-i isə əleyhinə səs verib. 

"Büdcə layihəsi hökumət üçün çətin tapşırıqdır. Hökumət sosial ədaləti bərpa etməyə çalışır." - deyə ölkənin baş naziri Aleksis Tsipras bildirib.

Tsipras avqust ayında beynəlxalq kreditorlardan 86 milyard avro borc ala bilmək üçün Avropa Birliyinin iqtisadi islahatlar tələblərinə razılıq vermək məcburiyyətində qalmışdı.

Büdcə layihəsinə əsasən, ictimai xərclər 5.7 milyard avro azaldılacaq. Burada, eyni zamanda, təqaüdlərin 1.8 milyard avro məbləğində ixtisarı və müdafiə büdcəsinin 500 milyon avro məbləğində azaldılması nəzərdə tutulur. Vergilər isə, 2 milyard avro həcmində artırılacaq.

İxtisarlarla baxmayaraq, 2015-ci ilin büdcəsi ilə müqayisədə 2016-ci ildə də büdcə kəsirləri qalacaq.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388201.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR