Əsəd etiraf etdi: "Kürd döyüşçülərə silah göndəririk"

Əsəd etiraf etdi: "Kürd döyüşçülərə silah göndəririk"
09:22 7 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Suriya prezidenti Bəşər Əsəd ölkədəki kürd döyüşçülərə silah göndərdiklərini açıqlayıb.

APA-nın xəbərinə görə, "Sunday Times"a açıqlama verən Bəşərə Əsəd bildirib ki, kürd silahlı birləşmələrinə (PYD) İŞİD terrorçuları ilə döyüşmək üçün silah yardımı edilib: "Kürdlər də Suriya vətəndaşlarıdır və onlar terrorçularla mübarizə aparmaq istəyirlər".

Bəşər Əsəd koalisiya qüvvələrinin Suriyada keçiridiyi hərbi hava əməliyyatlarından da danışıb. O, bu əməliyyatların İŞİD-lə mübarizədə yetərsiz qalacağını vurğulayıb: "Terror xərçəng xəstəliyinə bənzəyir. Onun kökünü kəsmək üçün özəyini yox etmək lazımdır. Kiçik bir hissəni kəsib atmaqla problem həll olunmaz".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR