"Ruhları qarşısında baş əyirəm!"

"Ruhları qarşısında baş əyirəm!"
09:27 7 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Xalq artisti Flora Kərimova "Günəşli" yatağında baş vermiş qəza nəticəsində insanların həlak olması ilə bağlı sosial şəbəkədə yazdığı statusla qəzada həlak olanların ailələrinə başsağlığı verib. 

Milli.Az xalq artistinin yazdığı statusu təqdim edir: 

"Ailəsindən aylarla uzaqda bir tikə çörək pulu üçün isti ocaqlarından uzaq olub, hər bir əziyyətə qatlanan, zəhməti və alın təri ilə şərəfli bir məsləkin sahibi olan hər bir vətən oğlunun itkisi xalqımın, millətimin yanğı yeridir. Ruhları qarşısında baş əyirəm, onları hər gedişində ürəkləri qubarlı, nigarançılıqla yola salan ailələrinə səbr diləyirəm! Millətim, hər dərdinizə şərikəm!"

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR