Azərbaycanda "Acer" kompüterlərinin istehsalına başlanma tarixi açıqlandı

Azərbaycanda "Acer" kompüterlərinin istehsalına başlanma tarixi açıqlandı
09:53 7 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Hüseyn Vəliyev - Trend:

2016-cı il ərzində Azərbaycanda Tayvanın "Acer" şirkətinin brendi ilə təqribən 5 min kompüter istehsal ediləcək. Bunu Trend-ə "H-tech" şirkətinin icraçı direktoru Səid Quliyev deyib.

Onun sözlərinə görə, hazırda ölkənin bir sıra dövlət strukturları ilə aparılan danışıqlar uğurla keçsə, istehsalın həcmi 5 dəfə arta bilər.

S.Quliyev qeyd edib ki, "Acer" kompüter texnikasının istehsalına 2016-cı ilin fevralında başlanılacaq: "Mingəçevir texnologiya parkında istehsal ediləcək məhsulun qiyməti rəqabət qabiliyyətli olacaq".

O əlavə edib ki, istehsal edilən texnika əvvəlcə "BestComp" şirkətinin mağazalar şəbkəsində satılacaq, sonra isə distribüter şəbəkəsi genişlənəcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2464615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR