Gələn ay Belarusda «4G» texnologiyası işə salınacaq

Gələn ay Belarusda «4G» texnologiyası işə salınacaq
10:16 7 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Belarusda «4G» texnologiyası 1 yanvar 2016-cı il tarixində işə salınacaq. Bu haqda Belarus Respublikasının rabitə və informasiyalaşdırma  nazirinin birinci müavini Dmitri Şedko məlumat verib.
 
 
"İndi «4G» texnologiyası Minskdə sınaq rejimində işləyir. 2016-cı ilin yanvarın 1-dən sözügedən texnologiya bütün ölkə ərazisində əlçatan olacaq", – deyə  Dmitri Şedko bəyan edib.
 
"5G rabitə texnologiyası haqda hələ ki söz verə bilmərəm, amma düşünürəm ki, 2020-ci ilədək biz bu texnologiyanın əlçatan olması üçün hazırlıqlara başlayacağıq" - nazirliyin rəsmisi deyib.
 
 
Dmitri Şedko ictimai nəqliyyatda «Wi-Fi» şəbəkəsinin qurulması ilə əlaqədar bildirib ki, texniki cəhətdən bu mümkündür. Yaxın vaxtlarda bu məsələ ilə bağlı qərar qəbul ediləcək.
 
 
Emil Hüseynov

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR