Ölkədə yağmursuz hava olacaq (VİDEO)

Ölkədə yağmursuz hava olacaq (VİDEO)
10:31 7 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 7-də Bakı və Abşeron yarımadasında gün ərzində hava buludlu vəə yağmursuz olacaq. Günəşli hava müşahidə edilsədə, günün ikinci yarsından sonra cənub-qərb küləyi arabir güclənəcək. Havavnın temperaturunun 4° olacağı ehtimal olunur.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən - Gədəbəy rayonlarında hava buludlu və yağmursuz keçəcək. Gündüz saatlarında duman və çiskin olacaq. Cənub-qərb küləyi günün ikinci yarsında daha da güclənəcək. Havanın temperaturunun 5° isti olacağı gözlənilir.

Qərb bölgələr: Qazax, Gəncə, Göranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən dəyişkən buludlu və yağmursuz olacaq. Əsən şimal-qərb küləyi günün ikinci yarsından sonra daha da güclənəcək. Havanın temperaturu isə 13° istini göstərəcək.

Şimal-qərb bölgələri: Balakən, Zaqatala , Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Xaçmaz və Qusar rayonlarında hava dəyişkən buludlu və yağmurusz keçəcək. Bu rayonlarda da səhər az duman və çiskin olacağı ehtimal edilir. Havanın temperaturunun 10° isti olacağı müşahidə olunacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən buludlu və yağmursuz olacaq. Çiskin müşahidə olunacaq. Axşama doğru şimal-qərb küləyi arabir güclənənəck. Havanın temperaturu 14° isti olacaq.

Cənub-şərq bölgələr: Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gündüz hava əsasən dəyişkən buludlu olacaq. Bəzi ərazilərdə zəif duman və çiskinli müşahidə olunacaq. Havanın temperaturunun gündüz 12° isti olacağı deyilir.

Naxçıvan Muxtar Respublikasının ərazisində də dəyişkən buludlu, yağmursuz olacaq. Səhər saatlarında duman və çiskin olacağı bildirilir. Temperatur isə 10° istini göstərəcək.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=366624

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR