Qazaxıstanda faciə: yolda 10 nəfər öldü

Qazaxıstanda faciə: yolda 10 nəfər öldü
10:37 7 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Qazaxıstanın Almatı vilayətində avtomobillərin toqquşması nəticəsində 10 nəfər ölüb.

APA-nın "Novosti-Kazaxstan" agentliyinə istinadən verdiyi məlumata görə, vilayət Daxili İşlər Departamentinin mətbuat xidmətindən bildirilib ki, hadisə dekabrın 6-da Cambul rayonu ərazisində  - Almatı-Akrerek-Alqa yolunun 138-ci km-də qeydə alınıb.

"Mercedes-Benz" və "Toyota Windom" avtomobillərinin toqquşması 10 nəfərin ölümünə səbəb olub.  

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR