"Rusiya kimin yanında olduğunu göstərdi"

"Rusiya kimin yanında olduğunu göstərdi"
10:52 7 Dekabr 2015
13 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə-Rusiya münasibətlərinin gərginliyindən istifadə edən Rusiyadakı bəzi siyasi işbazlar Azərbaycanla Rusiyanın münasibətlərini əməlli-başlı hədəfə çeviriblər. Rusiya-Azərbaycan münasibətləri uzun müddət ermənilərin və Moskvadakı ermənipərəst ermənilərin monopoliyasında olub.

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, Rusiya istiqamətində Azərbaycanın uğurları bu monopoliya dağıldıqdan sonra başladı: "Kremlin bu məsələdə siyasi iradəsi Azərbaycanın yanında idi. İndi Rusiya-Türkiyə arasındakı gərginliyi həmin işbazlar fürsət kimi başa düşüblər. V.Solovyovun Azərbaycana münasibətini onun erməni ətrafı müəyyənləşdirir. Ona görə, Türkiyədə vəziyyət gərginləşən kimi hamıdan qabaq özünü ortalığa atdı. Azərbaycanın ayrı dövlət olmasını nəzərə almadı. Azərbaycanı Türkiyə ilə eyniləşdirdi. Familiyasının rus olması və vətəndaşlığı bir tərəfə qaldı, ermənilərə xidmət etməyini isə ön plana çıxardı. V.Solovyovdan örnək götürən digər ermənipərəst ruslar da öz imkanları daxilində fəallaşdılar. S.Tarasov hətta Moskvanın Bakıya tüpürdüyünü bildirdi. Əlbəttə Tarasov özünü cılız insan kimi kimi apardı. Arqumenti qurtardığı üçün tüpürcəyə keçib. Belə olan halda vaxtı ilə doğulub boya-başa çatdığı Azərbaycanın çörəyinin özü üçün də tüpürcək olduğunu unutmasın. Görünür, S.Tarasova yaxşılıq etmək pislik imiş. İndi başa düşsün ki, Azərbaycanda yaşayan ermənilər də Tarasov kimi Azərbaycan xalqının çörəyini yeyiblər və sonradan düşmənə çevriliblər".

M.Əhmədoğlu deyib ki, Tarasov Dağlıq Qarabağ tənzimləməsində "tüpürcək diplomatiyasını" yaratdı: "Böyük potensiallı illüzionist nəhayət ki, nəsə yaratmalı idi. Dağlıq Qarabağ tənzimlənməsinə mərhum Y.M Primakov "məkik diplomatiyasını" tətbiq etmişdi. S.Sərkisyan Türkiyə ilə münasibətlərdə futbol diplomatiyasını yaratdı. Məqsəd Dağlıq Qarabağ mövzusunu futbol topu kimi meydandan vurub çıxarmaq idi. Bu diplomatiyalar nəticəsiz qaldı. İndi S.Tarasovun "tüpürcək diplomatiyasının" dövrüdür. Tarasov tüpürcəyini ətrafındakılara da saxlasa pis olmaz. Çünki Rusiya-Türkiyə münasibətlərinin gərgin vaxtında G.Sterliqovun Dağlıq Qarabağa qanunsuz səfər etməsinə görə istintaqa çağırılması təsadüfi deyil. G.Sterliqov məsələsi unudulmuşdu".

Politoloq qeyd edib ki, A.S.Qriboyedovun öldürülməsində və SSRİ-nin dağıdılmasında iştirak edən erməniləri rus xalqının bir nömrəli dostu hesab etməsi Sterliqovun təkcə elminin və savadının deyil, həm də onun vicdanının göstəricisidir: "Məhz Solovyov və Tarasov kimilərin aktivləşməsi Sterliqovu yada saldı. Kreml bununla mesaj verdi ki, o Dağlıq Qarabağ tənzimlənməsində ədalətin, obyektivliyin, beynəlxalq hüququn və regional sabitliyə söykənən inkişafın tərəfdarıdır. Bütün bunlar isə Dağlıq Qarabağ məsələsində Kremlin Azərbaycanın yanında olması deməkdir. Sterliqov vasitəsilə Kreml mesaj verdi ki, işğalçılığın, arxadan zərbənin, xəyanətin, ikibaşlı oyunların yanında deyil. Bu isə Ermənistandır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/388234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR