AYİB azərbaycanlı məsləhətçilərə biznes məsləhətlərinin keyfiyyətinin yüksəldilməsində yardım edir

AYİB azərbaycanlı məsləhətçilərə biznes məsləhətlərinin keyfiyyətinin yüksəldilməsində yardım edir
10:58 7 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) azərbaycanlı məsləhətçilərə biznes məsləhətlərinin keyfiyyətinin yüksəldilməsində yardım edir.

Azərbaycandan olan on beş konsaltinq şirkəti 7-9 dekabr 2015-ci il tarixlərində Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən təşkil olunan və Avropa Birliyi tərəfindən maliyyələşdirilən üç günlük seminarda iştirak edəcəklər. AYİB Bakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, seminar Azərbaycanın yerli məsləhətçiləri tərəfindən yerli kiçik və orta müəssisələr üçün təmin edilən biznes məsləhət xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə məsləhətçilərin bacarıqlarının inkişaf etdirilməsi üçün keçirilir. Bu seminar AYİB ilə birlikdə, Sankt Peterburqdan olan təcrübəli təlimçi Vladimir Çernyavski tərəfindən keçiriləcək.

AYİB Azərbaycanda yerli məsləhətçilərin bacarıqlarının və peşə məharətinin artırılması üçün onlarla işləyir. Məsləhətçilər tərəfindən kiçik və orta müəssisələrə keyfiyyətli layihələrin təqdim edilməsi üçün məsləhətçilərin ixtisas sahəsi genişləndirilir.

“Layihələrin idarə olunması mövzusunda təlim məsləhətçilərin öz fəaliyyətlərini möhkəmləndirmələrinə və kiçik və orta müəssisələrə daha yaxşı xidmət göstərmələrinə yardım edəcək” - deyə, AYİB Cənubi Qafqaz və Rusiya Federasiyası üzrə Kiçik Müəssisələr üçün Məsləhət məsələləri üzrə rəhbəri Jeff Ferry qeyd edir.

Seminar sayəsində məsləhətçilər layihələrin idarə olunması prinsiplərini və qabaqcıl təcrübəni tətbiq etməyi, geniş tədris praktikası vasitəsilə layihələrin idarə olunması bacarıqlarını inkişaf etdirməyi, risklərin idarə olunması metodlarını və risklərin yüngülləşdirilməsi strategiyalarını tətbiq etməyi, layihə heyətinə rəhbərlik etməyi və layihələrin gedişatını nəzarətdə saxlamağı öyrənəcəklər. Seminar Konsaltinq Biznesinizi İnkişaf Etdirin adlı ixtisaslaşmış təlim kurslarının tərkib hissəsini təşkil edir və burada məsləhətçilərə effektiv və təsirli məsləhət xidmətlərinin göstərilməsi, eləcə də uğurlu konsaltinq biznesinin həyata keçirilməsi üçün əsas bacarıqlar, həmçinin resurslar və metodlar öyrədilir.

Avropa Birliyi və AYİB tərəfindən maliyyələşdirilən seminar Azərbaycanın kiçik və orta müəssisələrinə yardım göstərmək məqsədilə daim inkişaf edən konsaltinq xidmətləri bazarının yaradılması uğrunda həyata keçirilən səylərin bir hissəsidir. 1993-cü ildə Azərbaycanda fəaliyyətə başladıqdan etibarən AYİB 700-dən çox müəssisənin inkişafına yardım göstərmək üçün onların konsaltinq sahəsində təcrübələrdən faydalanmasını təmin edib. Avropa Birliyi 2003-cü ildən bəri bu fəaliyyətlərin dəstəklənməsinə 3.7 milyon AVRO vəsait sərf edib.

64 ölkədə fəaliyyət göstərən və iki hökumətlərarası quruma malik olan AYİB bazar iqtisadiyyatının və demokratiyanın inkişafını dəstəkləyir. Bizi web, Facebook və Twitter-də izləyi

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2466092.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR