İtaliya səfirliyi “Günəşli" yatağında baş vermiş faciə ilə bağlı başsağlığı verib

İtaliya səfirliyi “Günəşli" yatağında baş vermiş faciə ilə bağlı başsağlığı verib
11:02 7 Dekabr 2015
71 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 dekabr. REPORT.AZ/ İtaliyanın Azərbaycandakı səfirliyi “Günəşli" yatağında baş vermiş qəza nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı bəyanatı yayıb.
"Report"un məlumatına görə, səfirliyin açıqlamasında deyilir: "Biz zərəçəkən ailələrin, SOCAR-dakı dostlarımızın, Azərbaycan dövləti və xalqının yanındayıq. Bu faciəli anda səmimi dostluq və həmrəylik duyğularımızı qəbul edin".
Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/i-taliya-sefirliyi-gunesli-yataginda-bas-vermis-facie-ile-bagli-bassagligi-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR