Dalğıclar 10-cu platformanın altında

Dalğıclar 10-cu platformanın altında
11:06 7 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 4-də güclü yanğın baş verən “Günəşli” yatağındakı 10-cu özüldə itkin düşənlərin axtarışına daha iki gəmi cəlb edilib.

“Azneft” İstehsalat Birliyindən ANS PRESS-in əldə etdiyi məlumata görə, hadisə yerində axtarış xilasetmə işləri davam edir. Bu gün dalğıclar estakadanın altında axtarış aparmaq üçün işə başlayıblar.

Külək şimaldan əsdiyi üçün itkin düşənlərin meyitlərinin burada olacağı ehtimal edilir.

Bundan başqa Buzovna istiqamətində beş dəst geyim aşkarlanıb. Xilasedicilər dərhal adıçəkilən istiqamətdə işə başlasalar da bunların balıqçı geyimi olduğu müəyyən edilib.

Yanğının söndürülməsi istiqamətində də işlər davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366632

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR