Braziliyanın "San-Paulu" klubunun qolkiperi, vurduğu qolların sayına görə qapıçılar arasında rekordçu olan 42 yaşlı Rojerio Seni peşəkar karyerasını başa vurub.
Milli.Az El Mundo-ya istinadən bildirir ki, Seninin karyerasında son matç Braziliya çempionatının son turundakı "Qoyas"-"San-Paulu" qarşılaşması olub. "San-Paulu" bu matçı 1:0 hesabla başa vuraraq çempionatı 4-cü yerdə bitirib.
1992-ci ildən bəri "San-Paulu"da oynayan Seni bütün turnirlərdə qatıldığı 1256 matçda 131 qol vurub. Qolların əksəriyyətini o, penalti və cərimə zərbələri ilə vurub.
Braziliya yığmasının heyətində 15 matçda qatılmış Rojerio Seni 2002-ci ildə komandanın heyətində dünya çempionu olmuşdu.
Milli.Az