İtkin düşənlər tapılmayıb, yanğın söndürülməyib - Qəza yerindən

İtkin düşənlər tapılmayıb, yanğın söndürülməyib - Qəza yerindən
11:16 7 Dekabr 2015
37 Şou
Ölkə mətbuatı
A- A+

SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfəri hələ də tapmaq mümkün olmayıb.

Axşam.az-ın APA-ya istinadən məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.
 
"Saat 11:00-a olan məlumata görə, axtarışlar nəticə verməyib, itkin düşmüş əməkdaşlarımızı tapmaq mümkün olmayıb. Lakin axtarış tədbirləri davam edir", - deyə B. Ağarəhimov bildirib.
 
O əlavə edib ki, axtarış tədbirləri gəmilərlə və helikopterlərlə həyata keçirilir. Baş mühəndisin sözlərinə görə, yanğını söndürmək hələ ki mümkün olmayıb.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42035

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR