İtkin düşənləri tapmaq mümkün olmayıb, yanğın söndürülməyib

İtkin düşənləri tapmaq mümkün olmayıb, yanğın söndürülməyib
11:22 7 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

SOCAR-ın "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfəri hələ də tapmaq mümkün olmayıb.

APA-nın məlumatına görə, bunu SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

"Saat 11:00-a olan məlumata görə, axtarışlar nəticə verməyib, itkin düşmüş əməkdaşlarımızı tapmaq mümkün olmayıb. Lakin axtarış tədbirləri davam edir", - deyə B. Ağarəhimov bildirib.

O əlavə edib ki, axtarış tədbirləri gəmilərlə və helikopterlərlə həyata keçirilir.

Baş mühəndisin sözlərinə görə, yanğını söndürmək, hələ ki, mümkün olmayıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR