"Fitch" agentliyi "Kapital Bank"ın reytinq qiymətləndirməsini dayandırıb

11:32 7 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, reytinq qiymətləndirilməsi prosesinin dayandırılması "Kapital Bank"ın reytinq prosesində iştirakdan imtina etməsi ilə bağlıdır. Agentlik də öz növbəsində reytinq qiymətləndirilməsini həyata keçirmək üçün lazımi məlumatlara sahib olmadığı üçün prosesi dayandırmağa məcbur olduğunu bildirib.
Qeyd edək ki, "Fitch" agentliyi 2015-ci il sentyabrın 21-də "Kapital Bank" ASC-nin uzunmüddətli kredit reytinqini "B+"-dan "BB-" və dayanıqlıq reytinqini "b"-dən "b+"-a yüksəldib. Agentlik, kredit reytinqindəki artımı banka lazım olduğunda dövlət dəstəyinin mümkün ehtimalına əsaslanaraq verdiyini bildirib. Dayanıqlıq reytinqi isə bankın dollarlaşma balansının münasib səviyyədə olmasının valyuta risklərinə məhdud təsiri, bankın aktivlərinin keyfiyyəti və rentabelli olması, kapitallaşmanın yüksək səviyyədə olması ilə əsaslandırıb.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/fitch-agentliyi-kapital-bank-in-reytinq-qiymetlendirmesini-dayandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR