Azərbaycan yeni uğura imza atdı

Azərbaycan yeni uğura imza atdı
11:37 7 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

Vətənimiz üçün yeni bir uğura imza atıldı. Xəbər verdiyimiz kimi, noyabrın 30-dan Dekabrın 4-dək Namibiyanın paytaxtı Vindhuk şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası keçirilib.

Trend-in məlumatına görə, dörd gün davam edən müzakirələrdə Azərbaycan üçün əhəmiyyətli qərarlar qəbul edilib.

Dekabrın 2-də keçirilən müzakirələrdə Azərbaycan tərəfindən təqdim olunan "Lahıc misgərlik sənəti" nominasiyası UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Bu gün UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsi Azərbaycanın QHT ictimaiyyəti, xüsusilədə mədəni irsimizin qorunması və təbliği istiqamətində fəaliyyət göstərən QHT-lər üçün örnək təşkil edən qərar qəbul edib.

Komitə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO-da akkreditasiya üçün müraciətinə müsbət rəy verib, İctimai Birliyin müraciəti Konvensiyanın tələblərinə cavab verdiyinə dair qərar qəbul edib və Baş Assambleyaya İctimai Birliyin akkreditasiyadan keçirilməsini tövsiyə edib. Akkreditasiyadan keçən təşkilatlar UNESCO-da məsləhətçi statusu qazanır və UNESCO ilə dünyada mədəni irsin qorunması istiqamətində sıx əməkdaşlıq edir.
Qeyd edək ki, Hökumətlərarası Komitənin 10-cu sessiyasında qəbul edilən qərarlar 2016-cı ilin iyununda UNESCO-ya üzv dövlətlərin Baş Assambleyasında təsdiq edildikdən sonra qüvvəyə minəcək.

Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəklili Mehriban xanım Əliyevanın səyləri nəticəsində bu günə qədər Azərbaycanın muğam ifaçılıq sənəti, aşıq sənəti, tar ifaçılıq sənəti və digər mədəniyyət nümunələri YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib."Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO-da akkreditasiyadan keçməsi bizə imkan verəcək ki, işğal altında olan ərazilərimizdə dağıdılmış mədəni irs və abidələrimiz haqqında məlumatları dünya ictimaiyyətinə çatdıraq, Azərbaycanın haqlı mövqeyini UNESCO tərəfindən təşkil edilən beynəlxalq forumlarda müdafiə edək və Azərbaycan mədəniyyətini dünyada layiqincə təmsil edək.

Qeyd edək ki, "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi yarandığı gündən etibarən dövlətimizin mədəniyyət siyasətinin həyata keçirilməsinə dəstək olaraq mütəmadi şəkildə mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, folklorumuzun, ozan-aşıq sənətinin və s. qeyri-maddi mədəniyyət nümunələrimizin təbliği ilə bağlı ölkə daxilində və xaricdə tədbirlər və layihələr həyata keçirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/388254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR