“Günəşli”dəki yanğına görə 3 nəfərə cinayət işi açıldı

“Günəşli”dəki yanğına görə 3 nəfərə cinayət işi açıldı
11:44 7 Dekabr 2015
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Qəza ilə bağlı Cinayət Məcəlləsinin 314-cü maddəsi ilə cinayət işi başlanıb

 

“Neft Daşları”nda baş verən qəza ilə bağlı cinayət işi başlanıb.

 

Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, dekabrın 4-də “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş verən qəza ilə bağlı Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

 

Qeyd edək ki, dekabrın 4-də “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olublar.

 

Dənizdə operativ axtarış işlərinə başlanılıb. İtkin düşənlər hələlik tapılmayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224201

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR