Xilas olmuş neftçinin vəziyyəti ağırdır

Xilas olmuş neftçinin vəziyyəti ağırdır
11:47 7 Dekabr 2015
59 Digər
Ölkə mətbuatı
A- A+

"Günəşli" yatağında baş vermiş qəzadan xilas olmuş neftçi Bəxtiyar Zöhrab oğlu Ələkbərov II və IV dərəcədə yanıq xəsarətləri alıb. Hazırda  onun vəziyyəti ağır olaraq qalır.

Milli.Az xəbər verir ki, bunu virtualaz.org saytına Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhlət Məmmədov deyib.

Baş həkimin sözlərinə görə, xəstə gətirilərkən ağır vəziyyətdə olub. Vəziyyəti ağır-stabit olaraq qalır.

Qeyd edək ki, dekabrın 4-ü, saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə qaz xətti sıradan çıxıb və yanğın baş verib. Rəsmi məlumatda 33 nəfərin təxliyə edildiyi, 1 nəfərin cəsədinin sudan çıxarıldığı bildirilib. 30 nəfərin taleyindən isə hələ də xəbər yoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR