"Çempionlar Liqasının qalibi ola bilmərik"

"Çempionlar Liqasının qalibi ola bilmərik"
12:12 7 Dekabr 2015
32 İdman
Ölkə mətbuatı
A- A+

"Mançestr Yunayted" Çempionlar Liqasının qrup mərhələsində son oyununu Bundesliqanın vitse-çempionu "Volfsburq"a qarşı keçirəcək. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Lui van Qaal indiki halda bu turnirdə çempion olmaq gücündə olmadıqlarını bildirib.
"Düşünmürəm ki, indi Çempionlar Liqasının qalibi ola bilərik. Bəlkə, növbəti mövsüm heyətimizi gücləndirəndən sonra bunu etmək olar. İndi mümkün qədər irəliləmək lazımdır. İstənilən rəqibə qalib gəlmək olar. Bunu artıq Premyer Liqada sübut etmişik. Çempionlar Liqasında qalib gəlmək üçün kifayət qədər güclü deyilik. Hər şeyi etməyə çalışacağıq. Amma realist olmaq lazımdır. Heyətdən razıyam. Bununla belə bəzi mövqeləri gücləndirməyə ehtiyac var. Məsələn, sol cinah müdafiəsi kifayət qədər yaxşı deyil".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR