​"Qəbələ" - "Krasnodar" matçının biletləri satışa çıxarılıb

​"Qəbələ" - "Krasnodar" matçının biletləri satışa çıxarılıb
12:22 7 Dekabr 2015
30 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 7 dekabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçiriləcək "Qəbələ" - "Krasnodar" (Rusiya) oyununun biletləri satışa çıxarılıb. "Report"un məlumatına görə, biletləri bu gün saat 12:00-dan etibarən "Bakcell Arena"nın (8-ci km stadionu) kassalarından almaq olar.
Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 10 manatdır. Satışa 8 500 bilet çıxarılıb.
Qeyd edək ki, dekabrın 10-da "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Krasnodar" matçı saat 22:00-da başlayacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/qebele-krasnodar-matcinin-biletleri-satisa-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR