Stoltenberq: "NATO Suriyaya quru qoşunları göndərməyəcək"

Stoltenberq: "NATO Suriyaya quru qoşunları göndərməyəcək"
12:42 7 Dekabr 2015
38 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 dekabr. REPORT.AZ/ "NATO İŞİD terror qruplaşması ilə döyüşmək üçün Suriyaya quru qoşunları göndərməyəcək. Bu, istisnadır".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunun NATO baş katibi Yens Stoltenberq deyib.
"Bu, koalisiya və NATO müttəfiqlərinin planlarına daxil deyil. ABŞ-ın məhdud sayda xüsusi təyinatlı bölməsi var. Ön planda yerli qüvvələrin güclənməsi dayanır. Bu, asan qərar deyildi, amma yeganə seçim idi", - Stoltenberq İsveçrənin "Tages-Anzeiger" qəzetinə müsahibəsində bildirib.
NATO baş katibi vurğulayıb ki, mövcud münaqişə Qərb və İslam dünyasının qarşıdurması deyil: "Bu, ekstremizm və terrorizmə qarşı mübarizədir".

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/stoltenberq-nato-suriyaya-quru-qosunlari-gondermeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR