Bakıda polisə müqavimət - İki gənc qandallandı - FOTO

Bakıda polisə müqavimət - İki gənc qandallandı - FOTO
12:47 7 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

Nərimanov rayonunda polis əməkdaşı ilə iki gənc arasında insident olub.

Milli.Az aznews.az-a istinadən xəbər verir ki, hadisə ötən gün Təbriz küçəsi 44 ünvanında qeydə alınıb.

Hadisəyə səbəb telefon aksessuarlarının satıldığı mağazanın qarşısında 2 gənc arasında davanın başlaması və hadisəyə polisin müdaxilə etməsi olub. İctimai asayişi pozduqlarına görə dava edən gənclərə yaxınlaşan polis əməkdaşı gənclərdən birinin müqaviməti ilə rastlaşıb. 20-22 yaşlarında gənc oğlan əlindəki soyuq silahla polisdən yayınmağa çalışıb. Lakin polis əməkdaşı onu zərərsizləşdirməyə nail olub və hər iki gənc polis bölməsinə aparılıb.

Gəncləri saxlayan polis hadisəni seyr edən sakinlərə bildirib ki, əlində bıçaq olan şəxs onlardan yayınmaqdan ötrü bıçaq çıxarıb.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR