Bakı itkin neftçiləri qərənfillərlə andı (FOTO)

Bakı itkin neftçiləri qərənfillərlə andı (FOTO)
12:56 7 Dekabr 2015
104 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda - bulvarda "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində itkin düşənlərin xatirsi anılıb.

"Dənizə bir qərənfil ataq" adlı aksiya sosial şəbəkələr vasitəsilə yayılıb. Gənclər itkin düşən 29 nəfərin xatirəsini anmaq üçün bu gün saat 12:00-da Bakı Bulvarı, Saat Qülləsinin yanında toplanıblar.

Aksiyaya qatılanlara göz yaşları içərisində neftçiləri anıblar.

Aksiyaya çox sayda insan qoşulub. Onlar həm dənizə qərənfillər atıblar, həm də sahilə güllər düzüblər.
ANS PRESS aksiyadan bir neçə foto təqdim edir:





Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. Baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 1-i dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 29 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib. Ötən gün başlayan axtarış-xilasetmə əməliyyatları bu gün səhərdən dalğıcların cəlb olunması ilə davam etdirilir.



Yanan "Günəşli" yatağı

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=366644

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR